Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

Abituriyentlərin qeydiyyat müddətinin vaxtı uzadılıb


-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyat müddətinin vaxtını uzadıb. Səbəb onların 3.4 faizinin təyin olunmuş vaxtadək qeydiyyatdan keçməməsidir.

Həmin vaxt avqustun 29-u saat 17:00-da bitib. Qeydiyyatın son müddəti sentyabrın 4-ü saat 17:00-dək uzadılıb.

TQDK bildirir ki, həmin müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtinası kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin də qeydiyyat müddəti 4 sentyabr 2013-cü il saat 17:00-da başa çatacaq və bu müddət uzadılmayacaq.

Abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG