Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:56

Tural Abbaslının işi xətm oluna bilər


Müsavat Divanının üzvü Tural Abbaslı avqustun 29-da «Media forum»a deyib ki, Nəsimi Rayon Məhkəməsi ona kəsilmiş 220 saatlıq islah işləri cəzasını xətm edə bilər:

«Vəkillərlə məsləhətləşmişdim. Məhkəməyə müraciət edib mənə kəsilən ictimai işlər cəzasının pul cəriməsinə dəyişdirilməsini istəyəcəkdik. Bir neçə gün əvvəl mənə Nəsimi Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsindən zəng etdilər və bildirdilər ki, işi xitama göndərəcəklər. Hələ ki, gözləyirəm. Yaxın günlərdə cavab verməsələr, hüquqi addımlar atacağıq».

Tural Abbaslı bu il yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada iştirakına görə 600 manat cərimələnib. Cəriməni ödəmədiyi üçün mayın 3-də məhkəmə onun 220 saat islah işləri ilə məşğul olmasına qərar verib. Avqustun 7-də isə Nəsimi Rayon Məhkəməsi onu bu qərarı icra etməməkdə təqsirli bilərək 15 sutkalığa həbs edib.
XS
SM
MD
LG