Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 16:03

Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi təsdiqləndi


Cəmil Həsənli
Cəmil Həsənli
Avqustun 29-da Mərkəzi Seçki Komissiyasının yığıncağında namizədliyi «Demokratik Qüvvələrin Milli Şurası» Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Cəmil Poladxan oğlu Həsənlinin prezidentliyə namizədliyi təsdiqlənib.

MSK katibi Arifə Muxtarova bildirib ki, C. Həsənlinin namizədliyinin təsdiq olunması ilə bağlı MSK-ya daxil olan sənədlər araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.

Sonra MSK açıq səsvermə yolu ilə C. Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Bu arada Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sənədləri isə təsdiq üçün MSK-ya təqdim olunub.
XS
SM
MD
LG