Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:53

Britaniyanın müxalifət lideri hərbi müdaxilənin əleyhinədir


Brityaniyanın əsas müxalifət partiyası olan Əmək partiyasının lideri Ed Miliband Londonda bildirib ki, parlamentin Suriyaya hərbi müdaxilə qərarı səhv olardı.

“Mənə aydındır ki, İcmalar palatasının əlində hələ Suriya üzrə BMT müfəttişlərinin sübutları olmadığı vaxtda hərbi müdaxilə qərarı verməsi ölümcül qərar olardı. Mən keçmişdən, o cümlədən İraq təcrübəsindən öyrənməkdə qərarlıyam. İcmalar palatsı baş nazirə hərbi müdaxiləyə icazə verməli deyil”.

Günün bütün mövzuları

XS
SM
MD
LG