Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39

Prezidentin qadın alt paltarında şəklini çəkən ölkədən qaçqı


Rusiyada Putinin və Medvedevin qadın alt paltarında şəklini çəkən rəssam telefon zənglərinə və həbs təhlükəsinə görə Rusiyadan qaçıb. O, Sankt Peterburqdan Fransaya gedib.

Rəssam Konstantin Altunin Fransadan Azadlıq Radiosuna deyib ki, o, Fransadan siyasi sığınacaq istəyib.

Altunin hesab edir ki, onun şəkillərinə “hakimiyyətin münasibəti eybəcərdir.”
Altunin bir rəssas kimi yaradıcılıq azadlığına haqqı olduğunu bildirir.

Bazar ertəsi polis rəssamın bir neçə şəklini müsadirə etdi. Altunin bu şəkilləri ilə qeylər əleyhinə qanunvericiliyə etirazını bildirirdi.

Rusiyada vəzifəli şəxsi təhqirə görə 1 ilədək həbs cəzası verilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG