Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:06

Eldar Namazov prokurorluğa çağırılıb


-
Demokratik Qüvvələrin Milli Şurası Aparatının rəhbəri, «El» Hərəkatının rəhbəri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib.

Məqsəd aparılan araşdırmalarla bağlı onun izahatını almaqdır.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Ə.İbrahimov mediaya Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, Bakıda və bölgələrdə seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Eldar Namazov da «Turan»a deyib ki, çağırış «El» Hərəkatının keçmiş üzvü Əflan İbrahimovun bəyanatı ilə əlaqədardır.

Bəyanata görə, Milli Şura kütləvi iğtişaşlar hazırlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG