Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:52

Azərbaycan 25 tona yaxın qızıl alıb



Dövlət Neft Fondu qızıl ehtiyatını artırır. Bu il avqustun 26-na olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 24 887 kq qızıl (800 146 unsiya) alınıb. Bu barədə «APA-Economics»ə Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ARDNF tərəfindən 2012-ci ilin ilk rübündən qızılın alınmasına başlanılıb və 2013-cü ilin iyul ayına olan məlumata görə, alınmış qızılın həcmi 22 399 kq (720 146 unsiya) təşkil edib.

ARDNF-in strategiyasına əsasən, investisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönəldilə bilər.
XS
SM
MD
LG