Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26
Nofəl Məmmədovun bibisi: «İntihar xəbəri bizə möcüzə kimi gəldi»

Dövlət Sərhəd Xidməti bir əsgərinin intihar etdiyini bildirir. Avqustun 29-da yayılan məlumatda deyilir ki, DSX-nin Göytəpə şəhərində yerləşən hərbi hissəsinin əsgəri Məmmədov Nofəl naməlum səbəbdən özünü asaraq intihar edib.

Nofəl Məmmədov 1994-cü il, martın 23-də doğulub, 2012-ci ilin aprelində müddətli həqiqi hərbi xidmətə çağırılıb.

«BİZİ KARTOF YIĞMAĞA APARMIŞDILAR»

Faktla bağlı Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin rəhbər nümayən¬dələri hadisə yerində araşdırma aparır. Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

DSX bildirir ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Əsgərin bibisi Rəsmiyyə Hüseynova AzadlıqRadiosuna deyib ki, Nofəl Məmmədovun meyiti müayinə üçün Lənkərana, hospitala aparılıb. Nofəlin hərbi xidmətinin bitirməsinə bir ay qalırdı. O, anası ilə bir gün əvvəl telefonla danışıbmış:

«İyunda gəlmişdi. Soruşduq «niyə belə qaralmısan», dedi «bizi kartof yığmağa aparmışdılar. Ancaq qayıdanda ayrı hissəyə gedəcəyəm». Vallah, intihar xəbəri bizə möcüzə kimi gəldi».

Nofəl Məmmədov Cəlilabadda xidmət edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG