Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Rusiya Suriyaya hərbi müdaxiləni BMT-yə sınaq hesab edir


Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Gatilov Haaqada BMT Baş katibi Ban Ki-moona deyib ki, Suriyaya hərbi müdaxilə BMT nizamnaməsini şübhəsiz, sınağa çəkəcək.

Rusiya bildirir ki, BMT müfəttişlərinin araşdırması başa çatmadan kimyəvi silahdan istifadəyə cavabı müzakirə etmək tezdir.

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, onun hökuməti bu nəticəyə gəlib ki, Suriya hökuməti yüzlərlə insanı öldürən hücum həyata keçirib, ancaq Obama hərbi aksiya haqda hələ qərar verməyib.

Cümə axşamı Britaniya parlamenti Suriyaya qarşı hərbi müdaxilə məsələsini müzakirəyə başlayır.
Britaniyanın baş naziri Cameron deyib ki, BMT müfətişlərinin işi başa çatmamış Britaniya hərbi müdaxilə haqda qərar verməyəcək.
XS
SM
MD
LG