Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:04
«Professor Cəmil Həsənlinin təşəbbüs qrupu nümayəndəsinin MSK-ya dəfələrlə müraciət etməsinə baxmayaraq, bugünədək onun namizədliyinin təsdiq edilməsi barədə məsələ müzakirə olunmayıb və müvafiq qərar qəbul edilməyib». Bu barədə Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahının avqustun 29-da yaydığı bəyanatda deyilir.

Bəyanata görə, bu qərarın qəbul olunması üçün son müddət – 29 avqust saat 12:50-də tamam olur. Ancaq MSK hələ də bu məsələni müzakirə etməyib, bu da Seçki Məcəlləsinin 53.6.-cı maddəsinin kobud şəkildə pozulması deməkdir:

«Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahı MSK-nın yol verdiyi bu kobud qanun pozuntusunu qətiyyətlə pisləyir və MSK-nı Seçki Məcəlləsinə əməl etməyə çağırır».

Təşəbbüs qrupu professor Cəmil Həsənlinin namizədliyini irəli sürməsi ilə bağlı protokol sənədləri və prezidentliyə namizədin təsdiq olunması üçün lazım olan digər sənədlər avqustun 24-də saat 1250-də MSK-ya təqdim olunub. Seçki Məcəlləsinə görə, MSK təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edir...».

Avqustun 29-da MSK-nın növbəti iclası keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG