Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:55

Xaricilərə Dağlıq Qarabağ xəbərdarlığı


Arxiv foto
Arxiv foto
-

Böyük Britaniyanın Xarici İşlər İdarəsi Dağlıq Qarabağa və ətraf bölgəyə səyahətlərlə bağlı xəbərdarlıq edir. İdarə saytında yerləşdirdiyi bu xəbərdarlığı avqustun 27-də yeniləyib.

HƏR İL AZƏRBAYCANA 7.000 BRİTANİYALI GƏLİR

Bildirilir ki, Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində atəşkəsin pozulması halları xeyli sayda ölüm və yaralılarla nəticələnib.

«Dağlıq Qarabağa Azərbaycanın rəsmi icazəsi olmadan səfər edən istənilən şəxsin Azərbaycana girişi qadağandır», məlumatda belə deyilir.

Azərbaycana səfər edən bütün Britaniya vətəndaşları qabaqcadan icazə almalıdırlar.

Hər il Azərbaycana 7.000-dək britaniyalı əsasən biznes məqsədilə səfər edir.
Səfərlərdən çoxunda heç bir problem çıxmayıb.

ABŞ

ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında da oxşar xəbərdarlıq var.

Səfirlik bildirir ki, Azərbaycana səyahət edənlər daha geniş regionda durumla tanış olmalıdırlar.

«Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 15 faizi işğal olunub.

1994-cü ildən atəşkəs rejimi qüvvədədir. Ancaq atəşkəs xəttində və Ermənistanla sərhəddə silahlı toqquşmalar barədə xəbərlər gəlməkdədir. Birləşmiş Ştatların tanımadığı tanınmamış «Dağlıq Qarabağ Respublikası»na Azərbaycandan daxil olmaq mümkün deyil. Səyahətçilərə Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlara getməmək barədə xəbərdarlıq olunur.

RUSİYA

Rusiya Federasiyasının xarici işlər nazirliyinin rəsmi qaynaqlarında Azərbaycana səfər edən Rusiya vətəndaşlarına xüsusi xəbərdarlıq yoxdur. Azərbaycan haqda ümumi məlumat verilir, Azərbaycan təhlükəsiz ölkə kimi təqdim olunur. XİN-in Konsul informasiya portalında oxuyuruq: «Terror təhlükəsi demək olar ki, yoxdur. Azərbaycan MDB məkanında cinayətkarlığın səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir».
Dağlıq Qarabağ məsələsi ilə bağlı portalın «Xaricə səfər edən vətəndaşlara məsləhətlər – Azərbaycan» bölməsində yazılıb:

«Ölkəyə (Azərbaycana) bütün sərhəd məntəqələrindən giriş qaydaları eynidir. Lakin hazırda Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan sərhəd xidməti vətəndaşlığından asılı olmayaraq milliyətcə erməni olan şəxləri ölkəyə buraxmır, bunu onların təhlükəsizliyinin təmin olunmasının mümkünsüzlüyü ilə izah edir».

PERSONA NON QRATA SİYASHISI

Bu yaxınlardan Azərbaycanın Xarici İşlər Nazirliyi ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə «persona non qrata» elan edilmiş şəxslərin siyahısını açıqlayıb.

Siyahıda ümumilikdə müxtəlif ölkələrdən olan 335 nəfərin adı yer alıb. Onlar «Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında» qanunu pozduqlarına və Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiklərinə görə arzuolunmaz şəxslər elan olunublar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG