Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:34

Vaşinqton Tehrandan üç amerikalını buraxmağı xahiş edir


Birləşmiş Ştatlar bir daha İrana müraciət edərək, üç amerikalının İranda uzun müddət saxlanandan sonra ailələrinin yanına qayıtmasına kömək istəyib.

Dövlət Departamenti çərşənbə günü yaydığı bəyanatda deyib ki, Birləşmiş Ştatlar İranın yeni prezidenti Hasan Rouhani-dən «hörmətlə» yardım istəyir.

Rouhani sələfindən daha mötədil görünür. Təhlilçilər keçmiş prezident Mahmud Ahmadinejad-a göndərilən xahişlərdə daha sərt ritorikadan istifadə olunduğunu deyirlər.

Robert Levinson 2007-ci ilin martında İranın Kiş adasında itkin düşüb. Dövlət Departament bildirir ki, keçmiş ABŞ dənizçisi Amir Hekmati 2011-ci ilin avqustundan saxlanıb. Saeed Abedini 2012-ci ilin sentyabrından dini inancıyla bağlı ittihamlarla saxlanıb və onun İranda fiziki təzyiqə məruz qaldığı barədə məlumatlar var.
XS
SM
MD
LG