Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:45

Abituriyentlərin qeydiyyat müddəti başa çatır


Avqustun 29-da ali məktəblərin bakalavr pilləsinə qəbulla bağlı keçirilən müsabiqədə uğur qazanan abituriyentlərin qeydiyyat müddəti başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin məlumatına görə, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunan vaxta qədər bu proseduru başa çatdırmalıdırlar.

Əgər onlar bu gün qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək.

Ali məktəblərə qeydiyyat avqustun 20-dən aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG