Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:55

Barack Obama: «Suriya hökuməti kimyəvi hücum həyata keçirib»


Barack Obama

Barack Obama

-

Birləşmiş Ştatlar belə bir nəticəyə gəlib ki, ötən həftə Suriya hökuməti vətəndaşlara qarşı geniş miqyaslı kimyəvi hücum həyata keçirib. Ancaq ABŞ hələlik mümkün hərbi müdaxiləyə qərar verməyib. Bunu ABŞ prezidenti Barack Obama çərşənbə günü ölkənin ictimai televiziyasına bildirib. Obama-nın sözlərinə görə, o, hələ də Suriyanı, avqustun 21-də Dəməşq ətrafına endirdiyi hücuma görə cəzalandırmaq üçün mümkün hərbi variantları götür-qöy edir. Həmin hücumda yüzlərlə adamın öldüyü bildirilir.

«ASSAD REJİMİ GÜCLÜ SİQNAL ALACAQ»

«Əgər biz kimyəvi silahdan istifadəyə reaksiya vermək qərarına gəlsək, onda özünü qorumaq üçün vətəndaş müharibəsi aparan Assad rejimi bunu bir daha etməməyə dair güclü siqnal alacaq».

Obama bildirib ki, ABŞ-ın mümkün hərbi cavabı miqyasına görə məhdud olacaq:

«Suriya ilə hər hansı müddətsiz münaqişədə maraqlı deyiləm. Ancaq biz əmin etməliyik ki, ölkələr kimyəvi silahlara dair beynəlxalq normaları pozaraq bizə təhlükə yaradanda məsuliyyət daşıyacaqlar».

Çinin xarici işlər naziri Suriya məsələsində təmkinli olmağa çağırıb, o, böhrana hər hansı hərbi müdaxilənin Yaxın Şərqdəki durumu daha da pisləşdirəcəyini deyib.

Çərşənbə axşamı Britaniya parlamenti fövqəladə sessiya keçirəcək və Suriyaya beynəlxalq müdaxiləyə dəstəyi səsə qoyacaq. Baş nazir David Cameron deyib ki, o, Suriyadakı BMT müfəttişlərinin hesabatını eşitməyənədək hərbi əməliyyatı dəstəkləməyəcək.

DİPLOMATİK YOLLAR

BMT müfəttişləri bu həftəsonu 14 günlük missiyanı yekunlaşdırır. BMT-nin baş katibi Ban Ki-moon işlərini tamamlamaq üçün onlara daha çox vaxt istəyib.

Britaniya BMT-nin Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edərək, gücdən istifadəyə icazə istəyib. Rusiya buna etiraz edərək belə bir addım üçün çox tez olduğunu bildirib.

BMT-nin Suriya üzrə elçisi Lakhdar Brahimi də çərşənbə günü bildirib ki, Suriyaya hər hansı hərbi hücum BMT-nin icazəsi ilə olmalıdır.

Suriyanın BMT-dəki səfiri Bashar Jaafar qurumu Dəməşq ətrafında kimyəvi silahdan istifadənin araşdırılması üçün dərhal müfəttiş göndərməyə çağırıb.

Rusiya və İran prezidentləri isə telefonla Suriya məsələsini müzakirə edib və böhranın həlli üçün diplomatik yollardan istifadəyə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG