Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:17
-
Gənclər necə geyinməlidir? Rəngli, yoxsa tünd? Klassik, yoxsa idman üslubunda?

«Flashmob»a qonaq olan Aytac KazımzadəÖmər Məmmədov gənclərin geyim tərzini müzakirə etdilər.

Aytacın fikrincə, hazırda Azərbaycan gəncləri arasında xüsusi bir geyim tərzi yoxdur:

«Bizdə kim necə istədi elə geyinir. Eləsi var dəblə geyinir, çox müasir geyinir, eləsi var necə gəldi geyinir. Hələ ki, xüsusi bir «dress code» yoxdur, amma məncə, biz ona doğru gedirik. Avropa gənci deyəndə, cins şalvar, adi bir köynək gətiririk gözümüzün qabağına - tələbə geyimi. Amma bizdə hələ ki, bu, yoxdur».

Ömər isə gəncləri geyimlərinə görə iki hissəyə ayırır: Rəngli və tünd rəng geyinənlər:

«Qara geyimlər ən çox qış fəslində olur, biz onlara «qarakurtkalılar» deyirik. Yayda isə daha çox rəngli geyinirlər, amma yenə də qaraya üstünlük verilir. Gənclər rəngli geyinməlidirlər. Şortik geyinməlidir, üstündə maraqlı yazılar olan futbolkalar geyinməlidirlər. Dəbli geyinmək baha başa gəlir, insanların yaşayışını da nəzərə almaq lazımdır. Mənim tələbə kimi qarderobumda şortiklərim, cinslərim və rəngli futbolkalarım var. Şortiki Azərbaycan gəncləri sevmirlər, mən sevirəm və təbliğ kimi, onlara acıq vermək üçün geyinirəm».

Ömər Məmmədov

Ömər Məmmədov

«HƏRƏNİN ÖZ XASİYYƏTİ, ÖZ DÜNYASI VAR»

Ömərin fikrincə, şortik geyinmək və onu istəməyənlər üçün axına qarşı üzmək lazımdır:

«İnsanlar mühafizəkardırsa, sən onların bütlərini qırmalısan. 3-4 il əvvəl uzunsaç oğlana, sırğaya pis baxırdılarsa, indi normal baxırlar. Stereotiplər qırılmağa başlayıb. Bir neçə ildən sonra ona da normal baxacaqlar».

Aytac isə deyir ki, Azərbaycanda şortikli xanım görəndə oğlanlar ya söz atırlar, ya da həmin xanımı qeyri-ciddi qəbul edirlər:

«Başqa bir Avropa ölkəsinə getsəm, geyinərəm, amma burda geyinmərəm, problem yaranmasın deyə. Mentalitet var bizdə deyə, şortik qəbul olunmur. Rəngli geyimlərə öyrəşsək də, şortikə öyrəşməyiblər. Rəngli geyinmək heç nəyi dəyişmir, hərənin öz xasiyyəti, öz dünyası var».
Verilişi tam olaraq burdan dinlə:

Şərhləri göstər

XS
SM
MD
LG