Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:26

Bakıda «Azad seçki» yürüşü


-
Avqustun 28-də Bakının Fəvvarələr meydanında 20-yə yaxın vətəndaş cəmiyyəti fəalı «Azad seçki» yürüşü keçirib.

Yürüş iştirakçıları əyinlərində «Azad seçki bizi ədalətli ölkəyə çevirəcək» şüarı yazılmış köynəklərlə dolaşıblar.

Bu barədə AzadlıqRadiosuna Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli məlumat verib:

««Malakan bağı», bulvar, Fəvvarələr meydanında gəzdik. 30-a yaxın polis bizi müşayiət edirdi. 3 polislə kiçik insident yaşandı. Onlar yürüşü dayandırmağımızı tələb edirdilər. Bu köynəklə gəzmək olmaz dedilər. Məqsədimiz əhaliyə ismarış vermək idi. Vətəndaşları seçkidə fəal olmağa səsləməkdir».

Yürüşün təşkilatçısı «Azad seçki 2013» ictimai dəstək qrupudur. Bu qrup 10-dan artıq ictimai təşkilatı özündə cəmləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG