Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:42
-

Azərbaycanın xalq yazıçısı İsa Hüseynovun (Muğanna) səhhətində problem yaranıb.

Yazıçının xanımı Firuzə Hüseynovanın APA-ya verdiyi məlumata görə, İsa Hüseynov hazırda Ağstafada yataq şəraitində müalicə alır:

“İsada belə şeylər tez-tez olur. Son vaxtlar səhhəti yaxşılaşmışdı, özünü normal hiss edirdi. Keçən dördüncü gündən böyrəklərində problem yarandı, ürək çatışmazlığı da var. İndi həkim nəzarətindədir, müalicəsi davam edir”.

İsa Hüseynov 1928-ci ildə Ağstafanın Muğanlı kəndində anadan olub. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. “Məhşər” , “İdeal”, “Qəbiristan” “Tütək səsi” və s. əsərlərin müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG