Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:52

Təhsil naziri vətəndaşları qəbul edib


Avqustun 28-də Təhsil naziri Mikayıl Cabbarov Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edib.

APA-nın məlumatına görə, təhsil şöbələri müdirlərinin də iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən müəllimlərin işə qəbulu, ucqar kənd məktəblərində işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiqi, bir təhsil müəssisəsindən digərinə köçürülmə, təhsil haqqından azad olunma, təhsil sənədlərinin tanınması, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və digər məsələlərlə əlaqədar olub.

Qəbulda 61 vətəndaşın müraciəti dinlənilib. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.
XS
SM
MD
LG