Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:19
BMT-nin baş katibi Ban Ki Moon bildirib ki, Suriyada kimyəvi silah işlədildiyi güman edilən yerdə araşdırma aparan beynəlxalq müfəttişlərin işləməsinə vaxt verilməlidir.O bunu bu gün Haaqaya səfəri zamanı deyib. Ban KI Moon müfəttişlərin qiymətli nümunələr topladığını, zərərçəkənlər və şahidlərlə görüşdüklərini deyir.

ABŞ və bir sıra qərb ölkələri Suriya rejimini kimyəvi silah işlətməkdə günahlandırırlar.ABŞ-ın vitse-prezidenti Joe Biden buna şübhə olmadığını bildirib.


Suriya hökuməti ittihamı rədd edir.Həmçinin Rusiya ilə Çin bu məsələdə onun tərəfini saxlayırlar.Rusiyanın xarici işlər naziri Sergei Lavrov dünən telefonla BMT-nin Suriya üzrə xüsusi elçisi Lakhdar Brahimi ilə danışıb.O Suriyaya hərbi müdaxilənin ümumilikdə Yaxın Şərq regionunda qeyri-sabitlik yaradacağını xəbərdarlıq edib.

Həmçinin İran bunun region üçün faciəvi olacağını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG