Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:17

Prezidentin qadın alt paltarında şəklini çəkən ölkədən qaçdı


-

Rusiyada prezident Putinin və baş nazir Medvedevin qadın alt paltarında şəklini çəkən rəssam onu hədələyən telefon zənglərinə və həbs təhlükəsinə görə Rusiyadan qaçıb. O, Sankt Peterburqdan Fransaya gedib.

Rəssam Konstantin Altunin Fransadan Azadlıq Radiosuna deyib ki, o, Fransadan siyasi sığınacaq istəyib.

Altunin hesab edir ki, onun şəkillərinə “hakimiyyətin münasibəti eybəcərdir.”
Altunin bir rəssas kimi yaradıcılıq azadlığına haqqı olduğunu bildirir.

Bazar ertəsi polis rəssamın bir neçə şəklini müsadirə etdi. Altunin bu şəkilləri ilə qeylər əleyhinə qanunvericiliyə etirazını bildirirdi.

Rusiyada vəzifəli şəxsi təhqirə görə 1 ilədək həbs cəzası verilə bilər.


***


Sankt-Peterburq polisi şəhərdəki qalereyadan bir rəsmi müsadirə edib.

Şəkildə Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev qadın alt paltarında təsvir edilib.

Qalereyadan bildiriblər ki, polis satirik şəklin qanunları pozduğunu deyib, ancaq dəqiqləşdirmə aparmayıb.

Qalereya işçilərinin dediyinə görə, polislər Rusiya Pravoslav Kilsəsinin başçısının da rəsmini götürüb. Rəsmdə adamın bədəni tatuirovka ilə örtülüb, digər 2 rəsmdə isə millət vəkilləri əks olunub. Həmin millət vəkilləri vaxtilə cinsi azlıqların təbliğatını qadağan edən qanunu dəstəkləyib.

Sözügedən qanuna görə Rusiya liderlərini ittiham edənlər az deyil. Hətta buna görə gələn ilki Soçi olimpiadasını boykot etməyə çağıranlar da var.

Qanuna Rusiya Pravoslav Kilsəsi də dəstək verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG