Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:57
Rusiyanın bir qrup jurnalistinin və ictimai xadiminin Dağlıq Qarabağa səfərini Azərbaycan qəti şəkildə pisləyib.

Azərbaycanın xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib ki, Rusiya nümayəndə heyətinin üzvləri Azərbaycanda arzuolunmaz şəxslər elan olunacaqlar.

Bakının “qara siyahısına” indiyədək 41 ölkədən 330 adam düşüb. Bunlar arasında məşhur opera müğənnisi Monserrat Kabalye, fransalı və amerikalı qanunvercilər və başqaları var.

Rusiyanın Xankəndinə gələn indiki nümayəndə heyətinə, o cümlədən Rusiyanın məşhur keçmiş casusu Anna Chapman da daxildir. Chapman Qarabağa Rusiyanın özəl REN-TV televiziyasında yayımlanan “Anna Chapmanla dünya sirləri” adlı proqramın aparıcısı kimi gəlib. O, öz proqramı üçün Dağlıq Qarabağın vəzifəli şəxsləri ilə söhbət etmək istəyir.
Chapman Rusiyanın "Maxim" jurnalinda

Chapman Rusiyanın "Maxim" jurnalinda


31 yaşlı Chapman 2010-cu ildə ABŞ-da Rusiyanın xeyrinə casusluq etməkdə ittiham olunub, tutulan 10 nəfərdən biridir. Sonradan Moskva həmin 10 nəfəri Rusiyada Qərbə casusluqda ittiham olunub, tutulan 4 nəfərə dəyişdi.

O vaxt ABŞ-dan qovulan rusiyalı casusları Moskvada ən yüksək səviyyədə qarşıladılar. Özü keçmiş KQB casusu olan Putin eks-casuslarla birlikdə vətənpərvərlik mahnıları oxuyurdu. O vaxtki Rusiya prezidenti Medvedev casuslara dövlət mükafatları verdi.

Xankəndində isə rusiyalı qonaqlar Dağlıq Qarabağ lideri Bako Saakyanla görüşüblər. Dağlıq Qarabağ rəhbərliyinin yaydığı press-relizdə deyilir ki, görüşdə Dağlıq Qarabağın “daxili və xarici isyasəti” və “Rusiya-Qarabağ münasibətləri” müzakirə olunub.

Dağlıq Qarabağın xarici işlər naziri isə bildirib ki, rusiyalı qonaqların səfəri Qarabağda siyasi və iqtisadi proseslər haqda Rusiyanın ictimai rəyində daha yaxşı təsəvvür yaradacq.

Azərbaycanın xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev isə hesab edir ki, “rəsmi Yerevan Azərbaycanın işğal olunmuş ərazilərinə insanları aldadıb, aparır. Bununla Azərbaycan torpaqlarının işğalına qanuni don geyindirmək istəyirlər.”

Xankəndindən Azadlıq Radiosunun erməni xidmətinə verilən məlumata görə, keçən il Dağlıq Qarabağa dünyanın 83 ölkəsindən 16 min adam gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG