Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:22

Rusiya prezidenti alt paltarında təsvir edilib


Sankt-Peterburq polisi şəhərdəki qalereyadan bir rəsmi müsadirə edib. Şəkildə Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitry Medvedev qadın alt paltarında təsvir edilib.

Qalereyadan bildiriblər ki, polis satirik şəklin qanunları pozduğunu deyib, ancaq dəqiqləşdirmə aparmayıb.

Qalereya işçilərinin dediyinə görə, polislər Rusiya Pravoslav Kilsəsinin başçısının da rəsmini götürüb.

Rəsmdə adamın bədəni tatuirovka ilə örtülüb, digər 2 rəsmdə isə millət vəkilləri əks olunub. Həmin millət vəkilləri vaxtilə cinsi azlıqların təbliğatını qadağan edən qanunu dəstəkləyib.
XS
SM
MD
LG