Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:53

«Araz-Naxçıvan» Ərzurum səfərinə qələbə ilə başlayıb


Arxiv foto
Arxiv foto
-

Türkiyəyə təlim-məşq toplanışına yollanan «Araz-Naxçıvan» futbol komandası ötən gün ilk yoxlama matçına çıxıb. Əvvəlcədən rəqibin «Ərzurumspor» olması nəzərdə tutulsa da, müəyyən səbəblərdən rəqib dəyişdirilib. Bu səbəbdən Əsgər Abdullayevin yetirmələrinin ilk oyunu «Yakutiyaspor» komandası ilə keçib. Görüşdə «Araz-Naxçıvan» 2:0 hesablı qələbə qazanıb.

Qolları 55-ci dəqiqədə Rəhman Musayev və 64-cü dəqiqədə isə komandanın legioneri Aleksandr Kurtskeviç vurub.

«Araz-Naxçıvan» avqustun 26-dan 32 nəfərlik heyətlə Türkiyədə təlim-məşq toplanışındadır. Komandanın səfəri 10 günlük nəzərdə tutulub.

«Araz» klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin «B» qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının «A» qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu klubun ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağıldıqdan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə «Araz» yenidən fəaliyyətini dayandırıb. Həmin vaxtdan Naxçıvan peşəkar futbolla vidalaşmışdı.

Hazırda «Araz» 2-ci dəstədə gücünü sınayacaq. Klubun yeni baş məşqçisi Əsgər Abdullayev AzadlıqRadiosuna müsahibəsində bildirib ki, məqsədləri klubu güclülər dəstəsinə çıxarmaqdır.
XS
SM
MD
LG