Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:17

Nazir: «Elmə əsaslandırılmış bir yanaşma təmin olunacaq»


«Hər bir təhsil sisteminin gücü burada çalışan müəllimlərin səviyyəsindən yuxarı ola bilməz. Bu bir aksiomadır və bunu nəzərə alaraq, qəbul etməliyik ki, müəllimlərin təkmilləşdirilməsi, biliklərinin artırılması hər zaman bizim diqqət mərkəzimizdə olmalıdır və olacaq. Attestasiya məsələsinə gəldikdə isə bu proses yalnız attestasiya xətrinə keçirilməməlidir».

Bu fikirləri Təhsil naziri Mikayıl Cabbarov Nazirliyin rəsmi Facebook səhifəsindəki suallara cavab verərkən deyib. Nazirin sözlərinə görə, təhsilin keyfiyyəti baxımından müəllimlərin bilik səviyyəsinin müəyyənləşdirilməsi mühümdür. Onun sözlərinə görə, bir sıra amillər təhsilin qənaətbəxş səviyyədə olmadığını göstərir:

«Həm məzunların göstəriciləri, həm bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlar, həm ali təhsilli mütəxəssislərin peşəkar səviyyəsində istədiyimiz standartlardan olan fərqlər və digərləri göstərir ki, təhsilimiz bizi tam qane edən səviyyədə deyil. Bütün bunların mərkəzində təhsilin keyfiyyətinin artırılması və bu məqsədlə müəllimlərin sertifikasiya, ixtisasartırma kurslarının təşkili, onların daimi hazırlıq təşəbbüslərinin həyata keçirilməsi kimi məsələlər nəzərdən keçirilir».

Nazirin fikrincə, burada məqsəd təhsil sistemini hər hansı şoklardan qorumaqdır.
XS
SM
MD
LG