Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

«Pulum olmadığına görə xəstəxanadan qovuldum»


-

«Gecə saat 2 radələrində xəstəxanaya müraciət etdim. Qəbul edib, ilkin yardım göstərdilər. Səhər tezdən travmatologiya şöbəsinin müdiri Quliyev gəldi, soruşdu ki, nə olub sənə? Dedim, hələ özüm də bilmirəm. Soruşdu ki, pulun var? Dedim, pulum nə gəzir?».

Xaçmaz rayon Mənzil İstismar İdarəsinin baş nəzarətçisi olan Kərim Ağaməmmədov iddia edir ki, avqustun 25-dən 26-na keçən gecə aldığı bədən xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, pul vermədiyinə görə onu xəstəxanadan qovublar:

«ŞÖBƏ MÜDİRİ DEDİ, ÇIXARIN, ATIN ÇÖLƏ»

«Şöbə müdiri görəndə pulum yoxdur, dedi, qəbul edə bilmərəm. Mən səbəbinə aydınlıq gətirməsini tələb edəndə, mühafizəçini çağırdı, tapşırdı ki, çıxarın bunu çölə. Məni çiynimə qoyulmuş buz parçası ilə xəstəxanadan çıxarıb, çölə atdılar».

Beləcə, Kərim Ağaməmmədovun deməsinə görə, tibbi yardımdan məhrum olub. Şöbə həkimi ona rentgen müayinəsindən keçmək üçün göndəriş verməkdən də imtina edib.

BAŞ HƏKİM NƏ DEYİR

Xaçmaz rayon Mərkəzi Xəstəxanası

Xaçmaz rayon Mərkəzi Xəstəxanası

Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev xəstənin pulsuzluğa görə xəstəxanadan qovulduğu barədə dediklərini təkzib edir:

«Gecə haradasa döyülüb, xəstəxanaya müraciət edib. Şəxsən özüm və həkimlər ona nə tibbi yardım lazımdırsa etmişik. Polisə məlumat da vermişik. Bildiyimə görə, artıq döyənləri də tapıblar».

Kərim Ağaməmmədov isə iddia edir ki, rayon mərkəzi xəstəxanasında pul verməyən xəstənin üzünə baxmırlar:

«Pul yoxdur, xəstəni çıxarıb atırlar çölə. Mənzil İstismar İdarəsində işləyirəm, 108 manat maaş alıram, mən həkimə haradan pul tapım? Belə səhiyyə quran İlham Əliyevə mən seçkidə necə səs verim?».

Xaçmaz rayon Polis Şöbəsindən bildirilib ki, Kərim Ağaməmmədovun döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
XS
SM
MD
LG