Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:55
Mərkəzi Seçki Komissiyası Rüstəm İbrahimbəyovun ittihamlarına cavab verib.
Trend-in məlumatına görə MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, MSK-nın Rüstəm İbrahimbəyov ilə bağlı qərarının qanuniliyi şübhə doğurmur: «Biz rəsmi şəkildə qərarımızı vermişik və qərarın qanuniliyi şübhə doğurmur».

N. Məmmədov deyib ki, məntiqi və qanuni baxımdan hər şey qərarda aydın göstərilib: «Əgər kimsə qərarı mübahisələndirirsə bu, onun öz işidir».

Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 27-də keçirilən iclasında Milli Şuranın təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi təsdiq edilməyib. Buna əsas isə Rüstəm İbrahimbəyovun Azərbaycan və Rusiya vətəndaşı olmaqla ikili vətəndaşlığı, Rusiya qarşısında öhdəlikləri və s. məsələlər göstərilib.

Rüstəm İbrahimbəyov MSK-nın onun namizədliyini qeydə almamasını qanunsuz hesab edir:

«MSK bu barədə düzgün qərar çıxarmayıb. Ona görə də mən onları məhkəməyə verməyə hazırlaşıram».

Günün bütün mövzuları

XS
SM
MD
LG