Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:32

Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq


Sentyabrın 2-də Avropa Şurasının Büro iclasında Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq.

APA-nın məlumatına görə, bununla əlaqədar, AVCİYA prezidenti, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Elxan Süleymanov AŞPA prezidenti Jean-Claude Mignon, AŞPA baş katibi Woyciech Sawicki və AŞPA Büro üzvlərinə məktub ünvanlayıb.

Məktubda deyilir ki, Ermənistan tərəfi Sərsəng su anbarından suyu qışda buraxır və bunun nəticəsində torpaqlar su altında qalır, yollar dağılır, sel baş verir. 20 ildən artıq müddət ərzində texniki qurğular və avadanlıqlar baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihənin icrasına başlayıb.

Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumu var. İşğaldan öncə Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonunun ərazilərindəki əkin sahələri suvarılırdı.
XS
SM
MD
LG