Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:18

Gəncədə 4 qədim qəbiristanlıq aşkarlanıb


Arxiv foto
Arxiv foto
Gəncə ərazisində 4 qədim şəhər qəbiristanlığı aşkarlanıb

Bu barədə AMEA-nın Gəncə bölməsinin direktor müavini Samir Pişnamazzadə məlumat verib. Bildirib ki, Zurnabad ərazisində 4 qəbiristanlıqda tədqiqat aparılıb.

Məlum olub ki, Zurnabad, Gədəmin, Çıraqlı və Dəstəfur kəndlərində mövcud olan qəbiristanlıqlar azı 4 min il əvvəl şəhər əhalisi tərəfindən salınıb. Samir Pişnamazzadə bildirib ki, bu iddianı qəbirüstü yazılar, qəbirlərin inşa materiallarının tərkibi və qəbirlərdən tapılan həmin dövrə aid şəxsi əşyalar təsdiqləyib.

AMEA-nın direktor müavini deyib ki, ərazidə qala divarının qalıqları da tapılıb. Hazırda qala üzərində araşdırma davam edir.
XS
SM
MD
LG