Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:26

Gülər Əhmədova barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb


Gülər Əhmədova

Gülər Əhmədova

-

Həbsdə olan sabiq deputat Gülər Əhmədova barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

G. Əhmədovanın vəkili Raqif Mustafayev APA-ya bildirib ki, ibtidai istintaqın yekunlaşması tərəflərə elan olunub:

«Hazırda Gülər Əhmədova cinayət işinin materialları ilə tanış olur. Ondan sonra vəkillər də cinayət işinin materialları ilə tanış olacaq».

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG