Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:10
-
Tarixçi-alim Cəmil Həsənli Milli Şura onun prezidentliyə namizədliyini irəli sürəndən bəri izləndiyini bildirir.

Onun dediyinə görə, yaşadığı evin ətrafı, onun hara gedib-gəldiyi, kimlə görüşdüyü izlənir, hətta bəzi hallarda fotoları da çəkilir:

«Evimin yaxınlığında yerli kanallardan birinə müsahibə verirdim. Gördüm ki, məni izləyənlər bizim şəklimizi çəkirlər. Özü də açıq-aşkar şəkildə. Məndə onların maşınlarının nömrələri var, onlardan 1-2-ni tanıyıram. Bundan əvvəl Ziyalılar Forumunda aktivliyim zamanı da onlar məni izləyirdilər. Bu adamlar xüsusi xidmət orqanlarının əməkdaşlarıdır».

Cəmil Həsənli bildirir ki, yaşadığı evin mühafizəçiləri ilə bu adamların danışdıqlarına da şahid olub.

Cəmil Həsənli baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib:

«Kimdən kimə şikayət edim?».

Avqustun 24-də Cəmil Həsənli Milli Şuranın ehtiyat namizədi seçilib. Onun sənədləri avqustun 25-də MSK-ya təqdim olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG