Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:11

21-ci əsrin memarı


Martin Luther King,Jr. Vaşinqtondakı yürüş-mitinqdə, 28 avqust 1963
Martin Luther King,Jr. Vaşinqtondakı yürüş-mitinqdə, 28 avqust 1963
-

50 il əvvəl – 1963-cü il avqustun 28-də Vaşinqtonda bir insan seli vardı – 250 minlik yürüş keçirilirdi.

Bu insan seli iş yerləri, sosial ədalət və bərabər hüquqlar tələb edirdi.

250 minlik kütlə ictimai fəal Martin Luther King-in “Bir arzum var” nitqini dinləyirdi.

O, “elə bir gün gəlsin ki, bizə şəxsi keyfiyyətlərimizə görə dəyər versinlər, dərimizin rənginə görə yox” deyirdi:

"İndi demokratiya ilə bağlı vədləri gerçəyə çevirmək vaxtıdır. İndi ayrıseçkiliyin zülmət dərəsindən irqi bərabərliyin işıqlı yoluna çıxmaq vaxtıdır. İndi… (alqışlar) ölkəmizi irqi ədalətsizlikdən xilas edib qardaşlığa qovuşdurmaq vaxtıdır... (alqışlar) İndi ədaləti Tanrının bütün yaratdıqları üçün gerçəyə çevirmək vaxtıdır”.

ABŞ prezidenti Abraham Lincoln-un qaradərili qulları azad edən qərarından 100 il keçirdi.

İndi həmin 15 dəqiqəlik nitqinə görə King-i “21-ci əsrin memarı”, yəni demokratiyanın tam bərqərar olmasına təkan verən xadim adlandıranlar oldu.

Washington-dakı yürüş 28 avqust 1963
Washington-dakı yürüş 28 avqust 1963


“Bir arzum var” nitqinin 50-ci ildönümündə Azadlıq Radiosunun mərkəzi xəbər xidməti müxtəlif ölkələrdəki siyasətçi, ictimai fəal və hüquq müdafiəçilərindən onların arzuları haqda soruşub.

2009-cu ildən mühacirətdə yaşayan iranlı hüquq müdafiəçisi, Nobel mükafatlı Shirin Ebadi deyir ki, onun arzusu insan ürəyinin qloballaşmasıdır, yəni dünyanın hansısa ölkəsində kimsə kədərlənəndə başqa ölkələrdəki insanlar da onun dərdinə şərik olsunlar, onun kədərini özlərinki bilsinlər.

Qazaxıstanlı hüquq müdafiəçisi Yevgeny Zhovtis deyir ki, sovetlər birliyində doğulduğu üçün onun istəyi sovet keçmişindən, avtoritarizmdən yaxa qurtarmaqdır. Yəni elə bir ölkədə yaşamaq istərdi ki, insanlar fikirlərini azad ifadə etsinlər, azad nəfəs alsınlar, azad yaşasınlar. O inanır ki, belə bir gün elə də uzaqda deyil.

Ermənistan ordusunda zorakılığa qarşı mübarizə aparan Tsovinar Nazaryanın sözlərinə görə, elə bir Ermənistan arzulayır ki, orada insan azadlığı ən ali dəyər olsun, qadınla kişiyə bərabər yanaşılsın, əsgərlərə qarşı zorakılığa son qoyulsun, polis vətəndaşın haqqını pozmasın.

Azərbaycanlı siyasi şərhçi və demokratiya təbliğatçısı Hikmət Hacızadə arzularının çox olduğunu deyir:

“Arzularım çoxdur. Amma istərdim ki, ilk növbədə xalqım, camaatım üçün əsas problem olan yalan və oğurluğa son qoyulsun. Çünki ölkəmizin üzləşdiyi problemlərin kökündə məhz yalan və korrupsiya dayanır…”
Washington-dakı yürüş, 28 avqust 1963
Washington-dakı yürüş, 28 avqust 1963
XS
SM
MD
LG