Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:10

Mübariz Qurbanlı: «Kimyəvi silahdan istifadəyə heç faşist Almaniyası cəsarət etməyib»


Mübariz Qurbanlı

Mübariz Qurbanlı

-
YAP İcra katibinin müavini, deputat Mübariz Qurbanlı Suriyada toqquşmalar zamanı kimyəvi silahdan istifadəni pisləyib. Bildirib ki, hətta II Dünya müharibəsində ən qanlı döyüşlər getdiyi bir vaxtda belə tərəflər kimyəvi silahlardan istifadə etməyib:

«Epizodik hallar olub, amma kimyəvi silahdan kütləvi istifadəyə heç faşist Almaniyası belə cəsarət etməyib. Suriyada kimyəvi silahın istifadəsi ehtimalı yarandıqdan sonra BMT-nin nümayəndələri Dəməşqdə araşdırmalar aparır. Hakimiyyət müxalifəti, müxalifət hakimiyyəti qarşılıqlı ittiham edir ki, silahlardan qarşı tərəf istifadə edib. Ehtimal var ki, hakimiyyət istifadə edib, amma hakimiyyət də ciddi cəhdlə boynundan atmaq istəyir və faktlar qoyur ortaya».

Mübariz Qurbanlı tezliklə silahdan kimin istifadə edəcəyinin dəqiqləşəcəyinə inanır. O, kimin istifadə etməsindən asılı olmayaraq, bunu mənfi hal kimi qiymətləndirir:

«Yüzlərlə insanın, özəlliklə, qocalar, uşaqlar, xəstələr olan yerdə silahsız insanlara, mülki şəxslərə qarşı belə bir silahın tətbiqi qəbuledilən deyil. Bütün bəşəriyyətin pislədiyi bir hadisədir».

Günün bütün mövzuları

XS
SM
MD
LG