Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:57

Müğənni Emma Ələkbərzadə Azadlıq FM-də Azərbaycan səhiyyəsindən danışır


-
Facebook-dan birbaşa şərh yaz

Sosial şəbəkələrdə Azərbaycanda səhiyyənin durumu tez-tez müzakirə olunur. Şəbəkə istifadəçiləri tibb xidmətlərinin qiymət və keyfiyyətindən gileylənirlər. Onlar müalicə üçün əcnəbi ölkələrə üz tutduqlarını deyirlər.
Azadlıq FM-də müğənni Emma Ələkbərzadə və professor Adil Qeybulla ilə birgə Azərbaycan səhiyyəsinin vəziyyəti, problemlər, onların həlli yollarından danışırıq.
Verilişin sualı: Azərbaycanda xəstələr müalicə üçün nədən xaricə gedirlər?
Müğənni Elmira Ələkbərzadə:

-Azərbaycanda son vaxtlar əhalinin səhiyyəylə bağlı yaşadığı problemlər məni bu mövzuyla bağlı status yazmağa vadar etdi.

-Mənə Azərbaycanda xəstəliklə bağlı yanlış diaqnoz qoyuldu. Daha sonra xaricə getdim, orada diaqnozun tamamilə yanlış olduğu ortaya çıxdı.

-Mənim həkim dostlarım var. Hətta, onlar həkim ola ola xaricə gedirlər müalicə üçün.

-Xarici ölkəyə belə müalicəyə gedəndə araşdırıb peşəkar həkimlərə müraciət etmək lazımdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla:

-Azərbaycanda xaricdə təhsil almış mütəxəssislər var. Lakin diaqnostikayla bağlı müəyyən problemlər də göz önündədir.

-Həkimlərin maaşı aşağıdır. 200 manat maaş alan həkimdən mənəviyyat tələb etmək çətindir. Bu baxımdan sığorta təbabətinə keçid vacibdir.

-Bəzən peşəkar həkimlər belə maddiyyat üçün vicdansızlıq edirlər.

-İranda, Türkiyədə müalicə də hər zaman effektli olmur.

Verlişi tam dinləmək üçün:

Şərhləri göstər

XS
SM
MD
LG