Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:21
-


“Qanun” nəşriyyatı məşhur detektiv yazarı Agatha Christie-nin üç kitabını çap edib:

“Qolf meydançasında qətl”, “Böyük dördlük” və “Staylzda müəmmalı hadisə”.


“Qolf meydançasında qətl” romanında detektiv Erkül Puaro və kapitan Hastinqs çox müəmmalı bir qətl hadisəsinin üstünü açırlar. Əsərdə Hastinqsin eşq macəraları da yer alır (Tərcümə: Aysel Əlizadə).

“Böyük dördlük”də Puaro və Hastinqs dəfələrlə ölümlə üz-üzə gəlirlər. Cinayətkarlar Hastinqsi aldadaraq, arvadını oğurladıqlarını deyirlər və onu girov saxlayıb, Puaronu aradan götürmək istəyirlər (Tərcümə: Nadir Qocabəyli).

“Staylzda müəmmalı hadisə” əsəri isə yazıçının ilk detektiv romanıdır. Əsər beş dəfə Britaniya nəşriyyatları tərəfindən qaytarıldıqdan sonra, nəhayət, 1920-ci ildə nəşr olunub. Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından tanınıb (İngiliscədən tərcümə: Nadir Bədəlov).

Aqata Kristi dünya tarixində kitabları ən çox satılmış yazıçı sayılır (təxminən 2 milyard nüsxə).

Günün bütün mövzuları

XS
SM
MD
LG