Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

AFFA «Xəzər-Lənkəran»ı 19 min manat cərimələdi


AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının IV turu çərçivəsində «Xəzər Lənkəran» – «Neftçi» matçı ilə əlaqədar qərarlarını açıqlayıb.

AFFA-nın yaydığı məlumata görə, İntizam Komitəsi «Xəzər-Lənkəran»ı ümumilikdə 19 min manat, «Neftçi»ni isə 7 min manat məbləğində cərimələyib. İntizam Komitəsinin qərarı belədir:

- 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.

- Stadionda baş vermiş kütləvi intizamsızlığa görə «Xəzər-Lənkəran» klubu 5000 manat cərimə olunur (maddə 50).

- Pirotexniki vasitələrdən istifadə edilməsi və meydançaya kənar əşyalar atılmasına görə «Xəzər-Lənkəran» klubu 4000 manat cərimə olunur (maddə 52).

- «Xəzər-Lənkəran» klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə klub 1000 manat cərimə olunur (maddə 40).

- «Xəzər-Lənkəran» və «Neftçi» klublarının azarkeşlərlə apardığı işin səviyyəsi çox aşağı olduğuna görə hər iki klub 5000 manat cərimə olunur.

- Hər iki klubun ev sahibi olduğu oyunlarda analoji hadisənin yenidən baş verəcəyi təqdirdə klub Topaz Premyer Liqası və Azərbaycan kuboku çərçivəsində ev oyunlarını azarkeşsiz keçirəcək.

- Matçın gedişində stadionun diktoru tərəfindən «Xəzər-Lənkəran» azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə «Xəzər-Lənkəran» klubu 2000 manat cərimə olunur.

- «Xəzər-Lənkəran»klubunun futbolçusu Elnur Allahverdiyevlə «Neftçi» klubunun 7 №-li futbolçusu Araz Abdullayevin idmançıya yaraşmayan hərəkətlərinə görə «Xəzər-Lənkəran»və «Neftçi» klubları 2000 manat cərimə olunurlar.

AFFA İntizam Komitəsinin yaydığı məlumatda deyilir ki, «Xəzər-Lənkəran»- «Neftçi» qarşılaşmasının fasiləsində «Xəzər-Lənkəran» klubunun azarkeşləri «Neftçi» klubunun azarkeşləri olan sektora doğru hərəkət edərək, onlara fiziki təsir göstərməyə cəhd edib, lakin polis tərəfindən insident sakitləşdirilib. Baş vermiş hadisə ilə əlaqədar matçın ikinci hissəsi 6 dəqiqə gec başlanıb.

«Oyun başa çatdıqdan sonra yenidən «Xəzər-Lənkəran»klubunun azarkeşləri «Neftçi» klubunun azarkeşlərinə hücum etməyə cəhd göstərib, polis və daxili qoşun qüvvələri tərəfindən buna imkan verilməyib və baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısı alınıb. Buna baxmayaraq, «Xəzər-Lənkəran» klubunun azarkeşləri «Neftçi» klubunun azarkeşləri olan sektora və meydançaya çoxlu sayda pirotexniki vasitələr, oturacaqlar və digər əşyalar atıblar.

Azarkeşlər stadionu və ətraf ərazini tərk etdikdən sonra matçın hakimləri və «Neftçi» klubunun azarkeşləri polisin müşayiəti ilə stadiondan çıxıb.

Avqustun 25-də Lənkəranda azarkeşlər arasında qarşıdurma yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG