Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:19

Britaniya ordusu Suriya rejiminə qarşı mümkün planlar üzərində işləyir


Böyük Britaniyanın silahlı qüvvələri Suriyayada mümkün kimyəvi silah işlədilməsinə cavab olaraq mümkün hərbi planlar üzərində işləyir.

Britaniyanın baş naziri Devid Cameron bu gün məsələnin parlamentin müzakirəsinə çıxarılıb-çıxarılmaması barədə qərar veriləcəyini bildirib.Amma onun nümayəndəsi hələlik həbri müdaxilə barədə qərar qəbul edilmədiyini deyib.

Beynəlxalq sərhədsiz həkimlər təşkilatı ötən çərşənbə günü Dəməşq ətrafında tərədilmiş hücumda 300-dən çox adamın öldüyünü deyirlər.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukashevich ölkəsinin BMT-nin razılığı olmadan istənilən hərbi müdaxiləyə qarşı olduğunu bildirib.

ABŞ Dövlət katibi John Kerry Suriyada kimyəvi silah işlədilməsi ilə bağlı yeni sübutlar olduğunu və yaxın zamanlarda açıqlama veriləcəyini deyib.Rusiya isə Suriya rejiminin kimyəvi silah işlətməsinə heç bir sübut olmadığını deyir.

BMT 2 ilə yaxındır ki, davam edən Suriya münaqişəsində 100 mindən çox adamın öldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG