Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:49

Ermənistan vətəndaşlığından imtina edir


Yerevan meriyası qarşısında 3-cü gündür ki, oturaq etraz aksiyaları keçirilir. Ermənistan paytaxtında ictimai nəqliyyatda qiymətlərin artırılmasına etiraz edən aksiya iştirakçıları Yerevan meriyası nəqliyat departamentinin və “YerevanTrans” şirkətinin rəhbərlərinin istefasını tələb edirlər.

AzadliqRadiosu erməni xidmətinin məlumatına görə, avqustun 26-da aksiya iştirakçılarına qarşı fiziki təzyiqlər olub. Bir qrup mülki geyimli şəxs aksiya iştirakçılarına hücum edib.

Hücuma məruz qalan Mikael Tonoyan baş verənləri şərh edərək deyir: “Buna terrorizm deyirlər, mən məsələni belə qoymayacağam”. Kanada vətəndaşı olan Tonoyan danışır ki, etirazlarda iştirak etməsə də avqustun 26-da onu da döyüblər. Onun sözlərinə görə, meriya qarşısındakı etirazçılarla söhbət edib Qələbə körpüsünə tərəf gedərkən 3-4 nəfər ona hücum edərək xəsarət yetiriblər. Tonoyan Ermənistan vətəndaşlığından etraz edəcəyini, ABŞ və Kanada səfirliklərinə müraciət edəcəyini deyir.

Meriya qarşısında oturaq aksiya keçirən fəallar da şənbə günü mülki geyimli şəxslər tərəfindən döyüldüklərini bildiriblər. Etirazçılardan birinin saxlandığı da qeyd olunur.
Avqustun 27-də keçirilən mətbuat konfransında etirazçılar meriya rəsmilərini və polisi onlara hücum edən mülki şəxslərlə əlbir olmaqda ittiham ediblər. Onlar bildiriblər ki, təzyiqlərə baxmayaraq etirazları davam etdirəcəklər və əmindirlər ki, tələblərinə nail olacaqlar.
Rəsmi orqanlar baş verənləri şərh etməkdən imtina edir, hadisə haqda tezliklə internetdə məlumat yayacaqlarını bildirirlər.
XS
SM
MD
LG