Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:52

Xaricdə Təhsil Dövlət Proqramı 94 nəfərə «hə» deyib



2013-2014-cü tədris ilində xaricidə təhsil dövlət proqramına müraciət edənlərdən bu günədək 94 nəfərə təqaüd verilib. Hələlik, seçim prosesi davam edir.

Müraciətləri təsdiq olunanların əksəriyyəti – 28 nəfəri iqtisadiyyat üzrə təhsil alacaq. Qalan ixtisaslar arasında, özəlliklə İKT, mühəndislik, tibb üstünlük təşkil edir. http://xaricdetehsil.edu.gov.az/index.php

Təqaüd alanlar Birləşmiş Krallıq, Türkiyə, Kanada və digər ölkələrdə təhsil alacaqlar. Ən çox tədaüdçü – 45 nəfər Birləşmiş Krallıqda oxuyacaq.

Xaricdə təhsil üzrə Dövlət Proqramına 2013-2014-cü tədris ili üçün namizədlərlə fərdi müsahibələr avqustun 30-da yekunlaşacaq. Bundan sonra bu tədris ili üzrə son seçimin nəticələri açıqlanacaq.
XS
SM
MD
LG