Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:34

Gürcüstan müsəlmanları məscid minarəsinin sökülməsinə etiraz edir


Arxiv foto
Arxiv foto
-
Gürcüstanın müsəlmanlar yaşayan Adıgen rayonunda bir məscid minarəsinin sökülməsi ilə bağlı etirazlar davam edir. Avqustun 27-də Gürcüstanının müxtəlif yerlərində yaşayan müsəlmanlar Tbilisiyə axışır. Onlar minarənin sökülməsinə etiraz edir, etirazlar zamanı həbs olunan onlarla Adıgen sakininin azad olunmasını tələb edirlər.

Bir neçə gün öncə Gürcüstanın dövlət orqanları Çela kəndinin yerli pravoslav icmasının müraciəti əsasında kənddəki məscid minarəsinin sökülməsinə qərar verib. Bu isə gürcü-müsəlman sakinlər arasında narazılıqla qarşılanıb.

Minarənin sökülməsinə yüzlərlə yerli sakin etiraz edib. Gürcüstanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları etirazçıları ərazidən uzaqlaşdırıb. Təxminən 20-ə yaxın adam həbs olunub.

Bu arada Gürcüstanın Maliyyə Nazirliyinin gəlir xidməti məscid minarəsinin sökülməsini «əmlak ekspertizası»nın keçirilməsinə ehtiyacın yaranması ilə izah edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG