Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Elşad Abdullayev beynəlxalq axtarışa verilib


Elşad Abdullayev
Elşad Abdullayev
-

Baş Prokurorluq insan orqanlarının qanunsuz köçürülməsi faktları ilə bağlı cinayət işini yekunlaşdırdığını bildirir. Bununla əlaqədar Ukraynanın hüquq mühafizə orqanları hüquqi yardım üçün müraciət edib.

Prokurorluq bildirir ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxslərinin donorlardan qanunsuz olaraq böyrəklərin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi faktları araşdırılıb. Belə ki, ABU-nun tabeçiliyində olan Tibb Mərkəzinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilməyib. Buna baxmayaraq, ABU-nun rektoru Elşad Abdullayev, mərkəzin baş həkimi Dilarə İsmayılovaya qanunsuz göstəriş verib və donorlardan qanunsuz olaraq böyrəklərin götürülüb İsrail, Fransa, ABŞ vətəndaşlarına köçürülməsi ilə bağlı 13 cərrahiyə əməliyyatının keçirilməsinə şərait yaradıb.

Əməliyyatların 2009-cu ilin mart-dekabr aylarında aparıldığı bildirilir. İsrail vətəndaşları Boris Volfman, Yuri Katsman və digərlərinin də adı cinayət işilə əlaqədar çəkilir. Məlumata görə, Dilarə İsmayılova hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparmadan nağd qaydada ümumilikdə 130.0 min ABŞ dolları alaraq, mərkəzin kassasına mədaxil etmədən Elşad Abdullayevə verib.

Elşad Abdullayev və Dilarə İsmayılova Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Dilarə İsmayılova barəsində cinayət işi ayrılmaqla, istintaqı tamamlanaraq 26 avqust 2013-cü il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Elşad Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub və tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

Bundan əvvəl fəaliyyəti dayandırılan Beynəlxalq Universitetin keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev «cinayət etməyə cəhd»də və «rüşvətvermə»də ittiham olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG