Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23
-

Booker mükafatlı Britaniya yazarı Salman Rushdie deyib ki, əvvəllər insanlar özlərini başqalarından nəyi, kimi sevmələri ilə fərqləndirərdilər. Məsələn, doğulduqları yerlə, ailələri ilə, dostları ilə. Müasir dövrdə isə onlar öz kimliklərini nəyə nifrət etmələri ilə ifadə edirlər.

Yazıçı bunu Edinburgh Beynəlxalq Kitab Festivalında deyib.

Rushdie hesab edir ki, bu cür “nifrət mədəniyyəti” müasir siyasətin mahiyyətindən irəli gəlir. Yəni insanlar öz kimliklərini çox dar çərçivədə ifadə etməyə məcbur qalır: qərbli, islamçı və s.

Yazıçı bütün bunları Kommunizmin iflası və bir sıra başqa fenomenlərlə yanaşı fanatizmin yayılması ilə əlaqələndirib.

"Bir “Dəmir pərdə”nin yerini öz dar dünyagörüşləri, öz qəbilə maraqları uğrunda ölümünə vuruşan insanların yer aldığı çoxlu sayda kiçik anklavlar tutdu. Sonra da dini fanatizm baş qaldırdı. Özü də söhbət təkcə islam fanatizmindən getmir. Hindistanda Hindu millətçiliyi güclənir. Amerikada isə xristian kilsəsinin təsir gücü artır”.

O ki qaldı, özünün yazdığı “Şeytan ayələri” kitabına (1988-ci ildə İran lideri Xomeyni kitabın Məhəmməd peyğəmbəri təhqir etdiyini əsas gətirərək Rushdie-nin ölümünə fitva vermişdi), yazıçı hesab etmir ki, onun əsəri də bu cür “nifrət mədəniyyəti”ni qidalandırır.

Rushdie-yə görə, onun romanı kimisə təhqir etmək qüvvəsinə malik deyil:

“Mühafizəkar müsəlman liderləri mənim heç bir kitabımı sevmirlər. Heç mən özüm də bunu onlardan gözləmirəm. O düşüncəylə ki, “Hə, sonra?”Hansısa romanı oxumaq məcburi deyil axı. Əgər oxumaq istəmirsənsə, oxuma. Əgər oxumağa başladınsa və roman xoşuna gəlmədisə, hər zaman kitabı bağlamaq imkanın var və həmin məqamda da kitab kiminsə xətrinə dəymək qüvvəsini itirmiş olur”.

Yazıçı vaxtilə İngiltərədə, Bradford-da onun kitablarını yandıranların çoxunun bu əmələ görə peşman olduğunu söyləyib. Həmin hadisələrin 20 illiyi ilə bağlı İngiltərə qəzetlərində yazılanlara istinad edən Rushdie deyib ki, kitab yandırma aksiyasına qatılanların bir qismi bunun taktiki cəhətdən düzgün olmadığı, yəni istədikləri nəticəni ala bilmədiklərini, digər qismi isə artıq fikirlərini dəyişdiklərini, ifadə azadlığı ilə bağlı arqumenti qəbul etdiklərini bildiriblər:

“Ən maraqlısı isə odur ki, onların hamısı deyib ki, bir daha bu cür iş tutmaq istəməzdilər”.

"The Independent"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG