Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:19
-

Bu ilki qəbul imtahanlarında 700 bal toplayanlardan ikisi qızıl, biri gümüş medala layiq görülüb. Məmmədli NərminMəhəmməd İsmayılov qızıl, Nərminə Murğuzova isə gümüş medal alıb. Bunu Təhsil Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavabında bildirir. Nazirlik vurğulayır ki, medalçıların qəbul imtahanlarında göstərdiyi nəticələr haqqında hazırda məlumatlar toplanır və yaxın günlərdə ümumiləşdiriləcək.

QIZIL MEDALA UYĞUN NƏTİCƏLƏR

Qızıl medal alanların gümüş medalçıların sayından çox olmasına gəlincə, nazirlik bildirir:

«Gümüş medal alanların sayının azlığı medala namizəd göstərilən məzunlardan böyük əksəriyyətinin nəticələrinin qızıl medala uyğun olması ilə əlaqədardır».
Bəzi təhsil ekspertləri medalçıların siyahısı niyə buraxılış imtahanlarından dərhal sonra deyil, ali məktəblərə qəbul imtahanlarının ardından açıqlandığını sual edirdilər.

Təhsil Nazirliyi qeyd edir ki, qızıl və ya gümüş medalla təltifə namizəd şagirdlərlə bağlı məlumatlar və sənədlərin toplanması zəruri dəqiqləşdirmələrin aparılmasına xeyli vaxt sərf olunur və bu proses qəbul imtahanlarından çox əvvəl başlanır:

«2013-cü ildə XI sinif məzunlarının qızıl və ya gümüş medalla təltifi barədə Nazirliyin əmri iyul ayının 17-də verilmiş, həmin əmr pedaqoji mətbuatda dərc edilmiş və Nazirliyin internet saytında yerləşdirilmişdir. Bu vaxta qədər isə ali məktəblərə qəbul üzrə yalnız III qrupun imtahanları (14.07.2013) keçirilmişdi. Ona görə də medalçıların siyahısının ali məktəblərə qəbulun nəticələrindən sonra açıqlanması faktı reallığa uyğun deyildir».

248 MEDALÇIDAN 140 BAL TOPLAYAN OLUB

Təhsil Nazirliyi

Təhsil Nazirliyi

Nazirlik ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin təhlilini aparıb.

Belə ki, 248 medalçıdan:

3 nəfəri (1%) 700 bal

145 nəfəri (58%) 600-699 bal

49 nəfəri (20%) 500-599 bal

22 nəfəri (9%) 400-499 bal

12 nəfəri (5%) 200-399 bal

1 nəfəri 140 bal toplayıb.

16 nəfər (6,5%) xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.

TQDK İLƏ ƏMƏKDAŞLIQ DAVAM EDƏCƏK

Təhsil Nazirliyinin mövqeyinə görə, bu il medallara layiq görülmüş məzunların mütləq əksəriyyəti öz bilik səviyyəsini təsdiqləyib.

Qurum Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini nəzərə çatdırır və «təhsilin keyfiyyətinin artırılmasına nail olacağına əminliyini ifadə edir».

«Aktuallığına görə qızıl və gümüş medalçılarla bağlı məsələlərin kütləvi informasiya vasitələrinin diqqətində saxlanılması Təhsil Nazirliyi tərəfindən təbii qarşılanır. Eyni zamanda, bu mövzunu işıqlandırarkən yüksək nəticə göstərmiş abituriyentlərin uğurlarına da diqqət yetirilməsinin zəruriliyini yaddan çıxarmamağı tövsiyə edirik», TN-nin saytında belə deyilir.

«2» ALAN MƏZUNLARDAN 559 BAL TOPLAYAN VAR

Arxiv foto

Arxiv foto

Nazirlik 2012-2013-cü dərs ilinin və təhsil alanların yekun dövlət attestasiyasının nəticələrinin təhlilinin davam etdirildiyini qeyd edir:

«Ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınıb. Bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də vardır».

Nazirliyin mövqeyinə görə, həmin qərar hər bir məzun üçün ali məktəblərə qəbul prosesində bərabər imkanların yaradılması baxımından düzgün olub: «Ali məktəblərlə yanaşı, həmin şəxslərin orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunmaq şanslarının olduğunu da nəzərə alsaq, bununla da həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanları xeyli artmış olur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG