Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17
Gəncədə abonentlərin Qaz İstismarı İdarəsinə 200 min manat borcu var.

Bu barədə İdarənin rəis müavini Şubay Nəsibov məlumat verib.

Bildirib ki, elektron sayğacların müdaxiləsi və geri sayım (yəni kartların sıfıra düşməsi) səbəbilə abonentlər 200 min manat borclanıb.

Ş. Nəsibovun dediyinə görə, nəticədə 18 min abonentin mavi yanacaq kartı müsadirə edilib.

Rəis müavini bildirib ki, ödənişlər tam ödənilməsə müsadirə edilmiş kartlar geri qaytarılmayacaq.

Gəncədə ümumən 36 min 800 abonent var.
XS
SM
MD
LG