Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:06
-
Avqustun 26-da «İRƏLİ»nin yaradılmasının 8-ci ili tamam olur. 26 avqust 2005-ci ildə yaradılmış «İRƏLİ» Ümumrespublika Gənclər Hərəkatının yaranandan sonrakı 3 il ərzində 6 mindən çox üzvü olub. «İRƏLİ»nin təsisçiləri - Ceyhun Osmanlı, Fərhad Məmmədov, Elnarə Qəribova, Elnur Məmmədov, Röya Talıbova və Ziya Əliyevin 9 dekabr 2008-ci ildəki qərarı ilə Hərəkat buraxılıb və onun əsasında «İrəli» İctimai Birliyi yaradılıb.

«İRƏLİ»də 7 klub və 13 mərkəz fəaliyyət göstərir. Hal-hazırda 36 min nəfərdən artıq gənc və 12 təşkilat «İRƏLİ»yə üzvdür. «İRƏLİ»nin 2008-ci ildən bu günə qədər həyata keçirdiyi 300-dən artıq layihənin əhatə dairəsinə 180 min nəfərdən çox insan daxil olub. Bununla yanaşı, dünyanın 30-a yaxın ölkəsində əməkdaşlıq etdiyi təşkilatlar mövcuddur. «İRƏLİ» İctimai Birliyi bu vaxt ərzində 4 təşkilatla - Ümumrusiya Gənclər İttifaqı, İtaliyanın «Giovanni nel Mondo» təşkilatı, Ukrayna Gənclər Assambleyası və ABŞ-ın «Young Global Lidership Foundation» təşkilatı ilə əməkdaşlıq memorandumu imzalayıb.

2008-ci ildən 2012-ci ilə qədər «İRƏLİ» İctimai Birliyinin sədri Milli Məclisin deputatı Ceyhun Osmanlı olub. 2012-ci ildən etibarən birliyə sədrliyi Rauf Mərdiyev edir.
XS
SM
MD
LG