Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:16

Xəstəliyə yoluxan heyvanların sayı 100 mini ötdü


Arxiv foto
Arxiv foto
Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik artıq 31 rayonu əhatə edir. Bu barədə APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O bildirib ki, son məlumatlara görə, 114 447 baş heyvanda bu xəstəliyin müalicəsi aparılıb:

«Aparılan müalicə 100 faizə yaxın effekt verir, heyvanlar 2-3 gün ərzində sağalır. Lakin xəstəliyin tam müalicəsi 15 gün, 1 ay ərzində yekunlaşır. Gərginlik olduğu kimi davam edir. Problemlər yavaş-yavaş aradan qaldırılır».

Y. Xanvəli DBX-nin qeyd olunan xəstəliklə bağlı Səhiyyə Nazirliyinə dərman çatışmazlığı ilə bağlı müraciət etdiyini də deyib: «Bu dərmanlar həm səhiyyə, həm də baytarlıq apteklərində satılır. Hələ ki, mütəxəssislərimizdən dərman qıtlığının yaranması ilə bağlı narazılıq eşitmirik. Artıq hiss olunur ki, bizim müraciətimizə cavab verilib. Həmin rayonların dərmanla təchizatı yaxşılaşdırılıb».

Mətbuat xidmətinin rəhbəri onu da deyib ki, Bakıda və digər rayonlarda fəaliyyət göstərən baytarlıq laboratoriyalarına təqdim olunan iribuynuzlu heyvan ətlərində məlum xəstəlik aşkarlanmayıb.

Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik bunyavirus ailəsinə məxsus olan şamanda, akabena və aina viruslarının qarışığından yaranan xəstəlikdir.
XS
SM
MD
LG