Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

«Araz-Naxçıvan» Türkiyəyə yollanır


Arxiv foto
Arxiv foto
«Araz-Naxçıvan» futbol komandası avqustun 26-da 32 nəfərlik heyətlə Türkiyəyə təlim-məşq toplanışına yollanır. Bu haqda «Şərq Qapısı» qəzeti məlumat verir. Komanda təlim-məşq toplanışını Ərzurum şəhərindəki «Ərzurumspor» klubunun idman bazasında keçəcək.

«Araz-Naxçıvan» Türkiyədə 2 yoldaşlıq matçı keçirməyi planlaşdırır. Avqustun 27-də yerli «Ərzurumspor»la qarşılaşacaq komanda 2 gün sonra «Çaykur Rizespor»la görüşəcək.

«Araz-Naxçıvan»ın Ərzuruma səfəri 10 günlük nəzərdə tutulub.

«Araz» klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin «B» qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının «A» qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu klubun ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağıldıqdan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə «Araz» yenidən fəaliyyətini dayandırıb. Həmin vaxtdan Naxçıvan peşəkar futbolla vidalaşmışdı.

Hazırda «Araz» 2-ci dəstədə gücünü sınayacaq. Klubun yeni baş məşqçisi Əsgər Abdullayev AzadlıqRadiosuna müsahibəsində bildirib ki, məqsədləri klubu güclülər dəstəsinə çıxarmaqdır.
XS
SM
MD
LG