Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:21

Ekspertlər Suriyada kimyəvi silah istifadə olunduğu iddia edilən ərazilərə gedir


Avqustun 26-da BMT-nin Suriyadakı ekspertləri kimyəvi silah istifadə olunduğu iddia edilən ərazilərə gedəcək.

Rəsmi Dəməşq buna razılıq verib.

Ancaq Ağ Ev rəsmiləri bunu «gecikmiş razılıq» sayıb. Rəsmi Vaşinqton prezident Bashar Assad qüvvələrinin belə silahlardan istifadəsindən şübhələnir.

Rusiyanın «İzvestiya» qəzetinə müsahibəsində Assad kimyəvi silahdan istifadə edilməsi ilə bağlı ittihamları rədd edib. O, Vaşinqtonu xəbərdar edib ki, ABŞ hərbiçilərinin istənilən müdaxiləsi uğursuzluğa düçar olacaq.

Hakimiyyət əleyhinə olan qüvvələr və Sərhədsiz Həkimlər Birliyi iddia edir ki, ötən üçüncü gün 300-dən çox adam Assad əsgərlərinin buraxdığı zəhərli qazın və açdığı artilleriya atəşinin qurbanı olub.
XS
SM
MD
LG