Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:14

1474 müəllim işə qəbul olunub


Avqustun 23-də 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. Təhsil Nazirliyinin məlumatına görə, bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olmuşdur. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb.

İmtahanların nəticəsinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1474 nəfər işə qəbul olunub.

Nazirlik bildirir ki, əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb. Təhsil müəssisələrində boş qalan vakant yerlərə aid dərs yükünün digər müvafiq fənn müəllimləri arasında bölünməsi və ya əvəzçilik qaydasında uyğun ixtisas müəllimlərinə verilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG