Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:14

Müsavat gənclərinin yeni sədri Cavid Hacıbəylidir


Avqustun 25-də Müsavat Gənclər Təşkilatının konfransı keçirilib, təşkilata yeni sədr seçilib. «Musavat.com»un məlumatına görə, bu vəzifəni sədrin siyasi məsələlər üzrə müavini Cavid Hacıbəyli tutub.

Cavid Hacıbəyli 1985-ci ildə Bərdədə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. Subaydır.

Müsavat Gənclər Təşkilatının əsasnaməsinə görə, yaşı 29-u keçmiş şəxs təşkilatın üzvü ola bilməz. Buna qədər Gənclər Təşkilatına Tural Abbaslı sədrlik edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG