Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:48

«Xəzər Lənkəran»-«Neftçi» oyunundakı insidentə görə saxlananlar var [Video]


Arxiv foto

Arxiv foto

-

Mayın 25-də Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində «Xəzər Lənkəran» komandası «Neftçi» ilə qarşılaşıb. Görüşdə hesab açılmasa da, oyun əvvəldən-sonadək qalmaqallarla yadda qalıb.

Azarkeşlərlə polis və Daxili Qoşunların əsgərləri arasında toqquşma baş verib. Olay zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgərinin yüngül xəsarət aldığı deyilir.

Azarkeşlər Lənkəran şəhərinin bir neçə küçəsində də maneələr yaradıb. «Neftçi»nin futbolçuları və azarkeşləri bir neçə saat stadionda mühafizə altında saxlanılıblar.

İnsidentlə əlaqədar 7 nəfər saxlanıb. Lənkəran polis şöbəsindən AzadlıqRadiosuna verilən məlumata görə, hadisəylə bağlı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

ANS PRESS-in məlumatına görə, ötən gün «Xəzər Lənkəran» – «Neftçi» oyunu bitəndən sonra azarkeşlər stadionu tərk etmək istəməyib. Bu zaman azarkeşlərlə asayiş keşikçiləri arasında toqquşma baş verib. Məlumata görə, qarşıdurmaya səbəb oyunun birinci hissəsi başa çatan kimi «Xəzər Lənkəran»ın bir qrup azarkeşinin «Neftçi»nin 50-yə yaxın azarkeşinin oturduğu sektorun qarşısına toplaşaraq, onlara qarşı şüarlar səsləndirməsi olub. Daha sonra hər iki tərəf bir-birinə qarşı şüarlar səsləndirməyə başlayıb, oturacaqları sındıraraq bir-birinə atıblar.




Bundan əvvəl, mayın 28-də futbol üzrə Azərbaycan kubokunun final oyunu zamanı da «Neftçi» oyunçuları ilə «Xəzər Lənkəran»lılar arasında dava düşüb. Klub üzvlərinin oyunçuları sakitləşdirmək cəhdləri heçə çıxdıqdan sonra meydançaya polislər, AFFA rəsmiləri və Peşəkar Futbol Liqasının prezidenti Rasim Musayev çıxaraq futbolçuları sakitləşdiriblər.

Şərhləri göstər

XS
SM
MD
LG